
.jpg)
SAT müəllimi
üzrə vakansiya
NextGen < Vakansiyalar < SAT müəllimi vakansiyası
SAT müəllimi axtarılır!
İş barədə məlumat:
NextGen Consulting şirkəti tələbələri SAT imtahanına hazırlayacaq və öyrənmə bacarıqlarını inkişaf etdirəcək müəllim axtarır.
Namizədlərdən gözlənilən əsas tələblər aşağıdakılardır:
Vəzifələr:
– SAT üzrə dərslərin keçirilməsi;
– Dərs planlarının hazırlanması;
– Motivasiyaedici və interaktiv dərs mühitinin yaradılması.
Namizədə tələblər:
– Ali təhsil (Riyaziyyat və ya əlaqəli sahə üzrə);
– SAT Math üzrə minimum 1 illik təcrübə;
– SAT proqramı, sual tipləri və strategiyaları üzrə dərin bilik;
– Müasir tədris metodlarından istifadə;
– Tələbələrlə işləmək bacarığı.
İş qrafiki və əmək haqqı müsahibə zamanı təyin ediləcək. Əgər yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu və SAT müəllimi olaraq tələbələrə faydalı ola biləcəyinizi düşünürsünüzsə, CV-nizi support@nextgen-info.com ünvanına göndərməyiniz xahiş olunur.
