Tiktokda kəşfetə düşmək!
- Nextgen Consulting
- 6 Kas 2024
- 2 dakikada okunur
Tiktokda Kəşfet nədir?
Hər hansısa sosial şəbəkəyə və ya tiktok - a ilk dəfə daxil olarkən sizin qarşınıza kəşfet (For you page) hissəsi çıxır. Burada ki, tiktok videolarının əksəriyyəti sizin əvvəlcədən baxmış olduğunuz videolara uyğun olaraq sizə göstərilir, və ya onlar artıq viral olmuş tiktok videosudur.Tiktok da sürətlə böyümək istəyən və ya tiktok videolarının baxış sayını artırmaq istəyənlər üçün kəşfetə düşmək çox önəmlidir. Tiktok da kəşfetə düşmək üçün bir neçə addımları bilmək mütləq lazımdır amma gəlin ilk öncə tiktok proqramı haqqında biraz məlumat öyrənək.

Tiktok nədir? Tiktok necə işləyir?
Tiktok istifadəçilərin qısa video paylaşaraq daha çox görüntüləmə almasına şərait yaradan əyləncə platformasıdır. Tiktok proqramından hər ay 1 milyard istifadəçi istifadə edir. Bu isə tiktoku günümüzdə daha çox istifadə edilən proqramlar siyahısına daxil edir. Tiktok proqramı sayəsində, qısa zamanda daha çox tanına bilərsiniz. Tiktok proqramı haqqında biraz məlumat aldığımıza görə, indi tiktok da necə kəşfetə düşə bilərik barəsində danışa bilirik.

Video niyə kəşfetə düşməlidir?
Tiktok da kəşfetə düşmək bir çox tiktok istifadəçisinin arzusudur. Bunun üçün tiktok istifadəçisinin bir çox səbəbi ola bilər. Kəşfetə düşməyin əsas müsbət cəhətləri bunlardır.
Daha çox baxış sayını artırmaq
Tiktok videonuz kəşfetə düşərsə, artıq sizin tiktok videonuzun baxış, bəyənmə və yorum sayı artacaq.Sizin tiktok videonuz önərilənlər (for you page) hissəsinə düşəcək.
Tiktok da reklam verərək, pul qazanmaq
Kəşfet hissəsinə düşən tiktok videonuz sayənizdə sizin tiktok da takipçiləriniz sayı artacaq.Bunun sayəsində tiktok da daha çox tanınmış olacaqsınız. Siz artıq bəzi tiktok səhifələrini reklam edərək, tiktok sayəsində
pul qazana bilərsiniz.
Digər Tiktok videolarınızın baxış sayı artacaq
Tiktok videonuzun hər hansısa viral olduqdan sonra, sizin tiktok da həmin viral olan tiktok videonuz sayəsində takipçi sayınız artır.Yeni bir tiktok videosu paylaşdıqda videonuzun kəşfetə düşməsi ehtimalı daha çox olacaq.Beləliklə tiktok videoları bir döngü olaraq kəşfetə düşməyə davam edir. Yeni paylaşacağınız tiktok videosu tiktok takipçiləriniz tərəfindən izlənərək baxış və bəyəni sayınız artır. Tiktok alqoritması videonuzu tiktok da kəşfetə salır.Beləlikdə videonuz daha çox baxış və bəyəni alır.
Aşağıdakı video da əməkdaşlarımızdan biri olan Accelerated Career Academy – nin tiktok səhifəsini göstəririk. Qeyd edək ki, Accelerated Career Academy – nin tiktok səhifəsinin idarəetməsi NextGen Consulting tərəfindən həyata keçirilir. NextGen Consulting – in youtube səhifəsində paylaşdığımız videoda tiktok səhifəsində kəşfetə düşən digər videolar sayəsində, kəşfetə düşməyən videolar da baxış sayı əldə etmişdir.
Tiktok da kəşfet alqoritmi necə işləyir?
Hər bir sosial platformanın öz kəşfet alqoritması olur.Tiktokun kəşfet alqoritmasını bu yazı da öyrəndikdən sonra tiktok videolarımız daha rahat kəşfetə düşəcək.Tiktok alqoritması 2 əsas təməldən ibarətdir.
Qarşılıqlı təsir
Hər bir sosial şəbəkənin istədiyi ilk şey istifadəçini daha çox platformda tutmaqdır. Tiktok proqramı da daha çox buna çalışır.İstifadəçini tiktok da tutmaq üçün onun maraq dairəsinə uyğun olan videoları qarşısına çıxartmaq lazımdır.Bu mövzu barəsində yuxarıda kəşfet nədir? Sualında danışdıq. Yəni sizin paylaşdığınız video daha çox kitləyə sahiblik edirsə, o zaman tiktok videonuzun kəşfetə düşmə ehtimalı daha çox artacaq.
Konum
Tiktok istifadəçinin qarşısına video çıxardarkən, istifadəçinin konumunu diqqətə alır.Məs : Siz “Bakıdakı ən gözəl restoranlar” deyə axtarış da yazsanız, Bakı şəhərində çəkilmiş daha çox videolar görəcəksiniz.
Geri bildirim
Tiktok istifadəçisi ilə qarşılıqlı əlaqə qurmağınız, həmin tiktok istifadəçisinin tiktok da daha çox zaman keçirməyinə, sizə yorum yazmağa, və sizdən mesaj gözləməyə daha çox təşvik edəcək. Tiktok videolarınızda izləyicilərinizi sual verməyə, rəy bildirməyə təklif etdiyiniz halda kəşfetə düşmə ehtimalınız daha çox artacaq.
Tiktokda kəşfetə düşmək üçün nə etmək lazımdır?
Tiktok da kəşfetə düşmək üçün Tiktok SEO – dan istifadə etməlisiniz.Tiktok SEO – dan istifadə edərkən videonuzun kəşfetə düşməsi, viral olması daha da mümkün hala gəlir .Tiktok SEO – dan istifadə etmək, Tiktok videonuzun kəşfetə düşməyini və viral olmağını istəyirsinizsə aşağıdakı yazılara baxa bilərsiniz.
Tiktokun kəşfet saatlarında videonuzu yükləyin
Əgər siz ilk dəfə tiktoka videoyu yükləyəcəksinizsə o zaman aşağıda verəcəyim vaxtlardan istifadə edə bilərsiniz. Qeyd edim ki, aşağıda verəcəyim saat aralıqlarında tiktok istifadəçiləri daha çok aktif olur.
Bazar ertəsi — 06:00, 10:00 ve 22:00
Çərşənbə axşamı — 02:00, 04:00 ve 09:00
Çərşənbə — 07:00, 08:00 ve 23:00
Cümə axşamı — 09:00, 12:00 ve 19:00
Cümə — 05:00, 13:00 ve 15:00
Şənbə — 11:00, 19:00 ve 20:00
Bazar — 07:00, 08:00 ve 16:00
Siz artıq tiktok da video paylaşmısınızsa tiktok i zləyicilərinizin nə zaman daha çox aktif olduğunu özünüz izləyə bilərsiniz. Bunun üçün :
Tiktok da izləyicinin aktif olduğu saatları öyrənmək üçün
Tiktok proqramını açın
Tiktok studio daxil olun
Alətlər hissəsindən, analizlər bölməsinin sağında hamısını görüntüləyə üzərinə gəlib daxil olun.
Açılan pəncərədən takipçilər hissəsinə gəlin.
Ekranı ən aşağıya sürüşdürdükdə sənin Tiktok takipçilərinin ən çox aktiv olduğu saatları
görəcəksəniz.
Tiktok da daha çox baxış sayı toplamaq üçün viral olmuş musiqilərdən istifadə edin.
Bəzi musiqilər tiktok istifadəçiləri tərəfindən daha çox paylaşılır. Bu zaman bu tiktok musiqiləri trend (viral) olur. Tiktok videomuzu viral olmuş tiktok musiqisi ilə paylaşdığımız zaman kəşfetə düşmə ehtimalı daha çox artır. Tiktokda viral olmuş musiqiləri tapmaq üçün, tiktokun kəşfet (for you page) hissəsinə daxil olmaq lazımdır. Bu zaman videonun sol alt hissəsində istifadə edilən tiktok musiqisini görəcəksiniz. Tiktok kəşfet musiqilərini buradan seçə bilərsiniz.
Qısa və özünəməxsus tiktok videoları hazırlamaq
Reels videolarının daha çox izlənməsinin əsas səbəblərindən biri qısa olmasıdır. İstifadəçilər bir dəqiqə ərzində bir çox reels videosu izləyə bilirlər. Tiktok platformasınında reels videolarından ibarət olduğunu düşündükdə, daha çox istifadə edilən proqramlardan biri olduğunu anlamaq çətin deyil. Tiktok videonuz nə qədər qısa olarsa, kəşfetə düşmə ehtimalı bir o qədər artar. Videonuzun özünəməxsus olmağınada diqqət edin.
Bu Yazıda Tiktok nədir? Kəşfet (for you page) nədir? Video niyə kəşfetə düşməlidir? Tiktok da kəşfet alqoritması necə işləyir? Tiktokda kəşfetə necə düşmək olar? suallarına cavab tapdıq. Əgər Tiktok hesabınız və ya eləcə də digər sosyal medya hesablarınızın peşəkar şəkildə
NextGen Consulting şirkəti tərəfindən idarə edilməsini istəyirsinizsə, aşağıdakı formu doldura bilərsiniz.
Комментарии